UEFA Konfrans Liqasının rəsmi "Twitter" səhifəsi "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevlə bağlı paylaşım edib. Sport24.az xəbər verir ki, 27 yaşlı qolkiperin turnirin qrup mərhələsinin V turunda "Kayrat"la oyunda komandasını qoldan xilas etdiyi epizodun videosu yayımlanıb.

Paylaşıma "Şahrudin Məhəmmədəliyevin refleksləri" başlığı yazılıb.

Xatırladaq ki, "Kayrat" - "Qarabağ" qarşılaşması Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatmışdı