AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Rapid" (Avstriya) – "Djurgarden" (İsveç) oyununun UEFA nümayəndəsi olacaq.

 

İlk dəfə Azərbaycandan olan nümayəndə avrokuboklarda bu mərhələyə təyinat alıb.

 

Qeyd edək ki, aprelin 17-də Vyanada təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.