"İmişli" "Zirə"nin müdafiəçisi Əkbər Eyubovu heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

20 yaşlı mərkəz müdafiəçisi mövsümün sonunadək icarə əsasında "pələnglər"in formasını geyinəcək. 

 

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Mingəçevir"in şərəfini qoruyan futbolçu U-21 millisinin də üzvüdür.