Türkiyə I Liqa təmsilçisi "Boluspor" Elvin Yunuszadəni transfer edib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azərbaycanlı müdafiəçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Yunuszadə karyerası ərzində "Neftçi" və "Qarabağ"ın heyətində ümumilikdə 5 dəfə Azərbaycan Premyer Liqasının, 5 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.