Norveç millisinin əsas qapıçısı Eryan Nyulann azad agent statusu ilə "RB Leypsiq"ə keçib. Sport24.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

 

35 yaşlı qapıçı Almaniya klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. Nyulann 2022/23 mövsümündə Leypsiq klubunun formasını geyinib, daha sonra "Sevilya"ya keçib.

 

Qeyd edək ki, qolkiper DÇ-2026-da Norveçin heyətində beş oyun keçirib. Qapıçı yalnız Fransa ilə qrup mərhələsinin oyununu buraxıb.