"Real"ın yarımmüdafiəçisi Franko Mastantuono "Fiorentina"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, futbolçunun özü də Florensiyaya klubunun formasını geyinməyə isti yanaşır. 

 

Bir müddət əvvəl mətbuatda "Roma"nın da argentinalı yarımmüdafiəçi ilə maraqlandığı bildirilirdi. Mastantuononun İspaniya və Fransada icarə variantları, eləcə də doğma "River Pleyt"ə qayıtmaq imkanı var idi.

 

Qeyd edək ki, Mastantuono ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 35 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.