Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirəcək. Sport24.az xəbər verir ki, ümid millisi "doğma divarlar" arasında Bolqarıstanı qonaq edir.

 

U-21-i meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur Çodarov çıxaracaq.

 

Hazırda B qrupunda Portuqaliya millisi 3 xalla liderdir. Eyni xala malik Bolqarıstan ikinci, Çexiya üçüncüdür. Hesabında xal olmayan Şotlandiya dördüncü, Cəbəllütariq beşinci, Azərbaycan millisi isə altıncı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, U-21 seçmə mərhələdəki ilk görüşdə Portuqaliyaya 0:5 hesabı ilə məğlub olub.