21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Portuqaliya Bakıda yığması ilə qarşılaşıb.
8-ci kilometr qəsəbə stadionunda keçirilən görüşdə ümid yığmamız Portuqaliyaya 4 cavabsız qolla məğlub olub.
Avropa çempionatı
Seçmə mərhələ
Azərbaycan U-21 – Portuqaliya U-21 - 0:4
Qollar: Moreyra, 51, Parente,54, Şermiti, 67, Simoes, 76
Bakı. 8-ci km qəsəbə stadionu.