Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununa çıxacaq. Sport24.az xəbər verir ki, U-19 Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Daşkənd şəhərinin Dustlik vilayətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.