Bu gün Futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start verilir. Sport24.az xəbər verir ki, I təsnifat mərhələsi çərçivəsində beş oyunu baş tutacaq.
Qarşılaşmalar saat 14:00-da start götürəcək. Qalib komandalar II təsnifat mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, bu mərhələnin digər oyunları sabah keçiriləcək.
Azərbaycan Kuboku
I təsnifat mərhələsi
9 oktyabr
14:00. "Sheki City" – "Araz Saatlı"
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Rekord Arena"
14:00. "Qaradağ Lökbatan" – "Ağdaş"
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Dinamo" – "Kür-Araz"
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu
14:00. "Ağstafa Gəncləri" – "Şirvan"
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmnədov.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Ağstafa şəhər stadionu