"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun fikrincə "Vilyarreal" - "Barselona" matçının Mayamidə keçirilməsi ədalətsizlikdir. Sport24.az xəbər verir ki, niderlandlı futbolçu bununla bağlı "Barca Universal"a açıqlama verib.  De Yonq hesab edir ki, bu, idman prinsiplərini pozur:

 

"Vilyarreal" ilə oynamaq üçün Mayamiyə getməyimiz xoşuma gəlmir və bununla razı deyiləm. Rəqabətə qarşı ədalətsizlikdir.

İndi neytral meydanda səfər matçı keçirəcəyik. Bu qərarı bəyənmədim və bunun oyunçular üçün yaxşı olduğunu düşünmürəm".

 

Qeyd edək ki, "Vilyarreal" - "Barselona" matçı  dekabrın 20-də ABŞ-də baş tutacaq.