"Neftçi" ilə danışıq aparan futbolçu Arnaud Lusambanın yeni klubu müəyyənləşib. Sport24.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi karyerasını Vyetnamda davam etdirəcək.

O, "Thep Xanh Nam Dinh" komandası ilə müqavilə imzalayıb.

Konqo Demokratik Respublikası millisinin oyunçusu ötən ay "ağ-qaralar"la danışıq aparıb. Bakılıların baş məşqçisi Samir Abasov legionerlə şəxsən maraqlanıb. Detallı araşdırmalardan sonra onu heyətə cəlb etmək fikrindən daşınıb.

Qeyd edək ki, Arnaud Lusamba transfer dəyəri 1 milyon avrodur. Son olaraq Birləşmiş Ərəb Əmirliklərində "Baniyas"ın formasını geyinən futbolçu 2022-2024-cü illərdə Türkiyədə "Alanyaspor" və "Pendikspor"da çıxış edib.