Futbol üzrə U-17 millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda bu gün qrupda son matçını keçirəcək. Sport24.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda Qazaxıstan yığması ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.

 

Qeyd edək ki, U-17 daha əvvəl keçirdiyi görüşlərdə Rusiya millisinə 0:3 hesabı ilə məğlub olub, İrana isə 1:0 hesabı ilə qalib gəlib.