Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, VI qrupda yer alan yığma Macarıstanla üz-üzə gələcək.
Rumıniyanın Tunari şəhərindəki eyniadlı stadionda təşkil olunacaq qarşılaşmanı moldovalı Yon Orlik idarə edəcək. Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Avropa çempionatının seçmə mərhələsi, U-17
VI qrup
13 noyabr
14:00. Macarıstan - Azərbaycan
Hakimlər: Yon Orlik, Vadim Vikol (hər ikisi Moldova), Adrian Vorniku, Vlad Baban (hər ikisi Rumıniya).
Tunari, "Tunari" stadionu.