"Qarabağ"la "Qalatasaray" arasında baş tutacaq xeyriyyə matçını Türkiyədə canlı yayımlayacaq telekanal müəyyənləşib. Sport24.az xəbər verir ki, qarşılaşma "Haber Global" televiziyası vasitəsilə tamaşaçılara təqdim olunacaq.

Bu barədə kanalın "Facebook" səhifəsi məlumat yayıb. Görüşü Azərbaycanda isə "CBC Sport" yayımlayacaq.

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" matçı martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Oyundan əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.