Premyer Liqada mübarizə aparan "Turan Tovuz"un ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda yeni tablo quraşdırılacaq. Bu barədə Sport24.az-ın Tovuza ezam olunmuş əməkdaşınına llubun icraçı-direktoru Nadir Nəbiyev məlumat verib: "Gördüyünüz kimi, yeri artıq hazırdı. Tablonu gətirib quraşdırmaq qalıb. O da yeni həftədə - martın 28-də Tovuza gətiriləcək. Tablonun Misli Premyer Liqasının XXVIII turunda "Sumqayıt"la ev oyunumuza qədər hazır olması planlaşdırılır. Hər halda, belə ehtimal yüksəkdi".

Xatırladaq ki, son dövrəyə start verəcək "Turan Tovuz" - "Sumqayıt" matçı martın 31-də saat 14:30-da keçiriləcək. 

 

 

 

MEHMAN SÜLEYMANOV