Misli Premyer Liqasının cari mövsümündə 350-ci qol vurulub. Sport24.az xəbər verir ki, bu, 30-cu turun "Turan Tovuz" - "Sabah" matçında qeydə alınıb.
Meydan sahiblərinin oyunçusu Ayxan Hüseynovun bərabərlik qolu yubiley xarakteri daşıyıb.
Dünən baş tutan qarşılaşmalarda çempionatdakı qol sayı 354-ə də çatıb.
Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Sabah"ı, "Şamaxı" "Sumqayıt"ı 2:1 hesabı ilə üstələyib.