"Səbail" yaxşı heyətə malikdi. Evdə qələbə qazanıb son pillədən qurtulmaq üçün yaxşı şans yaranmışdı". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın sabiq baş məşqçisi Sənan Qurbanov deyib.
Misli Premyer Liqasının XXVII turunda keçirilən "Səbail" - "Turan Tovuz" oyunundan danışan təcrübəli mütəxəssisin fikrincə, qonaqların qazandığı 1 xal da aktivinə yazılmalıdı: "Səbail" qol imkanları yaratdı, hətta hesabda önə də keçə bilərdilər. Amma "Turan Tovuz" əzmkar oyunu ilə səfərdə bir xal qazandı. Artıq Tovuz təmsilçisi digərləri ilə müqayisədə daha rahat nəfəs ala bilər. Çünki aşağı pillələrdən bir az da uzaqlaşdı".
Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" oyunu 1:1 hesabı ilə başa çatıb.
KAMAL RZA