Misli Premyer Liqasının debütantı "Turan Tovuz" fasilədən istifadə edərər bu gün yoxlama matçı keçirib. Sport24.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, Ayxan Abbasovun yetirmələri I Divizionda 4-cü yerdə gedən "Turan Tovuz-2" ilə görüşüb.

Tovuz şəhər stadionundakı oyun saat 16:30-da başlayan qarşılaşma əsas komandanın böyükhesablı qələbəsiylə nəticələnib. 

 

24 mart

"Turan Tovuz" - "Turan Tovuz-2" - 5:2

Qol: X.Nəcəfov, 7, B.Pusi, 35, A.Quseynov, 45, 47, V.Məsimov, 84

"Turan Tovuz": Kamal Bayramov (k), Eltun Yaqubov, Tərlan Quliyev, Sadiq Quliyev, Denis Marandici, Şakir Seyidov, Henri Okebuqvu, Xəyal Nəcəfov, Ayxan Quseynov, Runi Eva, Belajdi Pusi

İkinci hissədə meydana daxil olanlar: Tərlan Əhmədli, Vüsal Məsimov, Faiq Hacıyev, Turan Vəlizadə, Piruzi Marakvelidze, Cavid Tağıyev,  Ehtiram Şahverdiyev