"Turan Tovuz" heyətinə yeni hücumçu cəlb edib. Sport24.az xəbər verir ki, "Qarabağ"ın sabiq futbolçusu İbrahima Vaci yeni mövsümdə "boz qurdlar"ın formasını geyinəcək.

 

Son klubu "Sent-Etyen" (Fransa) olan hücumçu ilə "1+1" şərti ilə müqavilə imzalanıb.

 

Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesunn", Azərbaycanda isə "Qarabağ"ın formasını geyinib.