"İnter Mayami"nin kapitanı Lionel Messi klubu ilə müqaviləsini 2028-ci ilin sonuna qədər uzadacaq. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Xavi Kampos (X sosial şəbəkəsində 17,9 min abunəçi) "Tot Costa" podkastında danışıb.
Mənbənin sözlərinə görə, yeni razılaşma yaxın həftələrdə açıqlanacaq.
Leo 2026-cı ildə dünya çempionatında və 2028-ci ildə Amerika kubokunda çıxış etməyi planlaşdırır. 38 yaşlı argentinalının "qırmızılar"la hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi hesablanıb.
Qeyd edək ki, Messi bu mövsüm ABŞ klubunun heyətində bütün turnirlərdə 23 oyun keçirib, 19 qol vurub və 2 məhsuldar ötürmə verib.