Bu gecə Avropa Liqasında II təsnifat mərhələsinin cavab matçları keçirilib. Sport24.az xəbər verir ki, bu oyunlardan sonra növbəti mərhələyə adlayan 8 komandanın adı müəyyənləşib.
Qeyd edək ki. III təsnifat mərhələsinin ilk qarşılaşmaları avqustun 7-də, cavab görüşləri isə avqustun 14-də baş tutacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
AEK (Kipr) - "Çelye" (Sloveniya) 2:1
İlk oyun - 1:1
"Hakken" (İsveç) - "Anderlext" (Belçika) 2:1 (Penaltilər seriyası: 4:2)
İlk oyun - 0:1
ÇFR (Rumıniya) - "Luqano" (İsveçrə) 1:0
İlk oyun - 0:0
"Utrext" (Niderland) - "Şerif" (Moldova) 4:1
İlk oyun - 3:1
"Şaxtyor" (Ukrayna) - "Beşiktaş" (Türkiyə) 2:0
İlk oyun - 4:2
"Braqa" (Portuqaliya) - "Levski" (Bolqarıstan) 1:0
İlk oyun - 0:0
"Legiya" (Polşa) - "Banik" (Çexiya) 2:1
İlk oyun - 2:2
"Hibernian" (Şotlandiya) - "Midtülland" (Danimarka) 1:2
İlk oyun - 1:1