Avrokuboklardan həftənin oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib. Sport24.az xəbər verir ki, Azərbaycan (18.750) əmsallarını daha da artırıb.

Ölkəmiz 28-ci pillədə qərarlaşıb.

Ukrayna (19.225) 27-ci, Rusiya (18.299) 29-cu sıradadır.

Qeyd edək ki, ötən gün Azərbaycan təmsilçilərindən "Sabah" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündə evdə Moldovanın "Petrokub" klubunu 4:1 (ilk oyun 2:0) hesabı ilə üstələyib. "Araz-Naxçıvan" Yunanıstanda "Aris"lə heç-heçə edibsə (2:2, ilk oyun 2:1), "Zirə" Xorvatiyadakı matçın əlavə vaxtında 1:2 hesabı ilə (ilk oyun 1:1) uduzub.