"Qarabağ"ın futbolçusu Toral Bayramovun "Bodo-Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib. Sport24.az xəbər verir ki, bu barədə yarışın sosial şəbəkə hesabları paylaşım edilib.

 

Toral Norveçdə "Bodo-Qlimt"lə oyunda komandasının birinci qolunu vurub. Matç "Qarabağ"ın qələbəsiylə başa çatıb – 2:1.