Daha bir rusiyalı şərhçinin “başı divara dəyib”. Sport24.az xəbər verir ki, Nobel Arustamyandan sonra “Matç” TV-nin digər əməkdaşı Konstantin Geniç də AVRO-2020-yə akkreditasiya edilməyib.

Bu barədə öz Teleqram-kanalında məlumat yayan tanınmış şərhçi “Çox da anlaya bilmirəm, nəyə görə idmanı siyasətə qarışdırırlar, özü də Avropa çempionatının açılış günündə”, qeydini edib.

Geniçin 2009-cu ildə o vaxt ermənilərin işğalı altında olan Qarabağa səfəri indi başında çatlayıb. Azərbaycanın Xarici İşlər Nazirliyinin “qara siyahısı” - ölkə ərazilərimizə qeyri-qanuni daxil olan insanlar sırasında yer alan Konstantinin həyasızlığına heyran qalmamaq olmur. Axı, sən beynəlxalq hüquqa məhəl qoymayaraq, sərhəddi su yoluna  döndərmisən! İndi hansı sifətlə “siyasəti idmana qatmaq” barədə danışırsan?!

Aydın məsələdir ki, Geniç akkreditasiyasını alacaq. Heç bizim qalan 10 ölkənin onu buraxıb-buraxmaması ilə işimiz də yoxdu. Ən önəmlisi odur ki, vaxtilə Azərbaycan hökumətinin  əcnəbilərə israrla “Qarabağa rəsmi icazə olmadan getməyin” deməsinə məhəl qoymayan arustamyanlar, geniçlər və digərləri indi qapı arxasında qalıb quyruq bulayırlar.

Dünən “Matç” TV-nin daha bir şərhçisi Mixail Mossakovski Heydər Əliyev Hava Limanından geri qaytarılıb. O da Geniçlə Arustamyan kimi Qarabağa icazəsiz daxil olduğuna görə. Qəribədir, deyilmi? “Matç” TV-nin hansı əməkdaşına daş atırsan, səsi Qarabağ torpaqlarından gəlir. Niyə məhz “Matç” TV? Ona görə ki, başında oturan Tina Kandelaki ermənidir. Onu da o vəzifəyə dartan Rusiyadakı erməni lobbisidi. Kandelaki marionetkadı. Onun ətrafına toplaşanlar isə daha kiçik kuklalar. Ancaq maskalar addım-addım cırılır. Əvvəl-axır Rusiya başını qaldırıb öz-özünə sual verəcək ki, axı nəyə görə mənim “4-cü hakimiyyət”im başdan-ayağa ermənilərdən ibarətdi? Bax, onda “siçovullar gəmidən qaçacaq”.

Hələliksə Tinanın komandası hər səhəri bir yeni problemlə açır. Sabahın xeyirli olmasın, Tina!