"İmişli" ilə oyuna yaxşı başlamadıq və matçın əvvəlində qol buraxdıq. Bundan sonra imkanlarımız olsa da, rəqibin müdafiəsini yara bilmədik". Bunu "Araz-Naxçıvan"ın qapıçısı Tərlan Əhmədli Sport24.az-a açıqlamasında deyib.

31 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının 30-cu turunda "İmişli"yə məğlub olduğu oyunu şərh edib:


"Kollektivə keyfiyyətli oyunçular cəlb olunub və onların hər biri lazım olan anda komandaya kömək edə biləcək gücdədir. Komandamız artıq 5 oyundur qələbə qazana bilmir və nəticə baxımından çətin dövrdən keçirik. Bununla belə, daxilimizdə heç bir problem yoxdur. Klub rəhbərliyi də daim yanımızdadır. Sadəcə, qol vurmaqda çətinlik yaşayırıq. Növbəti turda rəqibimiz "Sumqayıt" olacaq. Toparlanıb qələbə qazanmalıyıq. Qalib gəlsək, hər şey dəyişə bilər. Məqsədimiz son 3 turda vəziyyəti müsbətə doğru dəyişməkdir".

Qeyd edək ki, "Araz-Naxçıvan" "İmişli" matçı qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.