Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində martın 14-də keçiriləcək "Sumqayıt" - "Neftçi" matçı "Neftçi TV"də də canlı yayımlanacaq. Sport24.az xəbər verir ki, "Kapital Bank Arena"da baş tutacaq görüş saat 19:00-da başlayacaq.

Xatırladaq ki, son 2 turun matçları gündə keçiriləcək. "CBC Sport" Sumqayıtdakı qarşılaşmanı və "Qarabağ" - "Keşlə" oyununu paralel göstərəcək.