"Sumqayıt" ciddi itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, komandanın kapitanı Səbuhi Abdullazadə Misli Premyer Liqasının X turunda "Araz-Naxçıvan"la matçda iştirak edə bilməyəcək.

Buna səbəb 23 yaşlı yarımmüdafiəçinin cəzalı duruma düşməsidir. Abdullzadə ötən tur "Zirə"yə uduzduqları görüşdə sarı vərəqə alıb. O, cari mövsümdə dördüncü dəfə bu halla üzləşdiyi üçün cəzalı duruma düşüb.

Oyunçu cari mövsüm çempionatdakı bütün matçlarda meydanda olub.

Qeyd edək ki, noyabrın 2-də keçiriləcək "Sumqayıt" - "Araz-Naxçıvan" oyunu saat 18:30-da başlayacaq.