"Sumqayıt"da ayrılıq yaşanıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ın rəsmi fanklubunun rəhbəri Sənan Mirzəyev işindən uzaqlaşdırılıb.

 

Buna səbəb isə Premyer Liqanın XVI turu çərçivəsində keçirilən "Sumqayıt" - "Neftçi" matçında yaşananlar olub.

 

Qeyd edək ki, sözügedən görüşdə sumqayıtlı fanatlar "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun ünvanına xoşagəlməz şüarlar səsləndirib. Oyundan bir gün sonra isə  "UltraSumqayıt" azarkeş qrupu bəyanat yayaraq, Abasovdan və ailə üzvlərindən üzr istəyib.