"Düşünürəm ki, komandamız çox yaxşı oynadı. Sadəcə, qol çatışmadı. Bir qola ehtiyacımız var idi ki, oyun uzatmalara getsin. Təəssüf ki, bacarmadıq". Bu sözləri Sport24.az-a açıqlamasında "kimyaçılar"ın gənc istedadı Nihad Əhmədzadə bildirib.

 

"Sumqayıt" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında səfərdə heç-heçə (1:1) oynasa da, iki oyunun ümumi nəticəsinə görə, mübarizəni dayandırıb. Dünən "Neftçi Arena"da keçirilən qarşılaşmadan sonra saytımıza açıqlama verən 17 yaşlı futbolçu həvəsdən düşmədiklərini, avrokuboklara vəsiqə uğrunda sonadək mübarizə aparacaqlarını da vurğulayıb: "Bizi qarşıda ağır oyunlar gözləyir. Meydana qalib gəlmək üçün çıxacağıq. İkinci pilləni qorumaq çətin olacaq. Amma, mümkünsüz deyil. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik. Avrokuboklara vəsiqə qazanmaq üçün sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt"ı məğlub edən "Neftçi" yarımfinalda "Qarabağ"la qarşılaşacaq.