"Sumqayıt" komandasında baş məşqçi postuna namizədlərdən birinin adı müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Elmar Baxşıyev "kimyaçılar"ı çalışdıra bilər. 45 yaşlı mütəxəssis serbiyalı Saşa İliçin istefasından sonra bu posta namizəddir. Klub rəhbərliyi çalışdırıcının təyinatını nəzərdən keçirir.
Qeyd edək ki, Elmar Baxşıyev son olaraq "Araz-Naxçıvan"da işləyib.