Futbol üzrə Azərbaycan Premyer Liqasının 17-ci turunun matçlarına ev sahibliyi edəcək stadionlar tam hazır vəziyyətə gətirilib. Sport24.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, dörd stadionun hər birinin qardan təmizləndiyini vurğulayıb. Abbasov bu yolda fədakarlıq göstərən hər bir kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, bu gün Premyer Liqanın 17-ci turu çərçivəsində “Qəbələ” – “Sumqayıt” (15:00, Qəbələ şəhər stadionu), “Zirə” – “Neftçi” (16:00, Zirə İdman Kompleksi), “Sabah” – “Keşlə” (17:30, Bank Respublika Arena) və “Qarabağ” – “Səbail” (18:30, Azersun Arena) görüşləri baş tutacaq.