Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XI - "Zəfər turu"na start veriləcək. Sport24.az xəbər verir ki, hər iki qarşılaşma bölgədə baş tutacaq.

 

Hesabat həftəsinin ilk matçı Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı komandası "doğma divarlar" arasında "İmişli"ni qonaq edir. Turnir cədvəlində qonşu olan kollektivlərin görüşü maraqla gözlənilir. "Şirlər" qalib gələcəyi halda turnir cədvəlində qonaqları geridə qoyacaq. "Pələnglər" səfərdən 3 xalla dönəciyi təqdirdə isə 7-ci pillədə qərar tutan "Neftçi" ilə xallarını bərabərləşdirəcək.

 

Qeyd edək ki, oyunun start fiti saat 13:44-də səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, XI tur

13:44. "Şamaxı" - "İmişli"

Hakimlər: Rauf Cabarov, Teymur Teymurov, Tərlan Talıbzadə, Vüqar Həsənli 
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı. Şəhər stadionu.