"İnter", "Yuventus" və "Kristal Pelas" "Mançester Siti"nin mərkəz müdafiəçisi Neytan Akenin xidmətində maraqlıdır. Sport24.az "Caught Offside"yə istinadən xəbər verir ki, bu klublar qış transfer dönəmində 30 yaşlı futbolçunu "rənglərinə bağlamaq" istəyir.

 

Mənbənin sözlərinə görə, "şəhərlillər" Ake üçün 30-35 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdır.

 

Qeyd edək ki, niderlandlı müdafiəçi 2020-ci ilin yayından "Mançester Siti"də çıxış edir. Bu müddət ərzində Ake dörd dəfə İngiltərə Premyer Liqasının, eləcə də Çempionlar Liqasının qalibi olub. 30 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.