"Bizim üçün çox çətin oyun oldu". Bu sözləri Sport24.az-a "Sabah"ın futbolçusu Umarali Raxmonaliyev deyib.
Yarımmüdafiəçisi "Qəbələ"yə qalib gəldikləri (1:0) Misli Premyer Liqasının X turunun matçı ilə bağlı fikirlərini bölüşüb:
"Rəqib bizi yaxçı təhlil etmişdi. Matç zamanı onların da bizim də imkanlarımız oldu. Fikrimcə, bizim qol imkanlarımız daha real idi. Lakin tam istifadə edə bilmədik. Əsas olan 3 xal idi ki, onu da qazandıq".
Özbəkistanlı oyunçu XI turda "Kəpəz"ə qarşı keçirəcəkləri görüşə də toxunub:
"Artıq əvvəlki qarşılaşmanı unutmalıyıq. Qarşıdakı oyunlara köklənməliyik. "Kəpəz"lə matça da yaxşı hazırlaşırıq. Hədəfimiz yenə üç xal qazanmaqdır".
Qeyd edək ki, "Kəpəz" - "Sabah" oyunu noyabrın 9-da olacaq.