Misli Premyer Liqasının XI - "Zəfər turu"nun ilk oyun gününə Qəbələdə yekun vurulacaq. Sport24.az xəbər verir ki, bölgənin eyniadlı təmsilçisi "Sumqayıt"la üz-üzə gəlir.

 

Hazırda aktivində 5 xal olan meydan sahibləri təhlükəli zonada - 10-cu pillədə qərarlaşıbsa, "kimyaçılar" 17 xalla 4-cüdür. "Qırmızı-qaralar" cari mövsümdə ilk və sonuncu qələbəsini 3 turda qeyd edib. Bu üzdən Kaxaber Tsxadadzenin komandasının meydana 3 xal üçün çıxacağı heç kimdə şübhə doğurmur. Sumqayıt təmsilçisi isə avrokuboklara vəsiqə uğrunda mübarizə apardığından autsayderlər qrupunda yer alan rəqiblə görüşdə xal itirməyi düşünmür. 

 

Qeyd edək ki, "Zəfər turu"nun digər oyunları sabah və bazar günü keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, XI tur

16:44. "Qəbələ" - "Sumqayıt"

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Qəbələ. Şəhər stadionu,