Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) VI tur çərçivəsində daha iki oyun keçiriləcək.  Sport24.az xəbər verir ki, B qrupunda "Quba" "Sərhədçi" ilə qarşılaşacaq. Oyun Quba Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək. Meydan sahibləri 7 xalla 4-cü, "Sərhədçi" isə 6 xalla beşinci pillədədir.  

 

B qrupunun digər görüşündə "Naxçıvan" "Ordu" ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriıəcək görüşün start fiti saat 19:00-da səslənəcək. 10 xala malik "Ordu" qrup lideridirsə, ondan bir xal az toplayan Naxçıvan klubu ikinci yerdə qərarlaşıb. 

 

Qeyd edək ki, turun ötən gün baş tutan matçında "Sumqayıt" "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.