UEFA Çempionlar Liqasının əsas mərhələsində IV turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib. Sport24.az-ın məlumatına görə, Bakıda keçirilmiş "Qarabağ" - "Çelsi" matçı bu göstəriciyə görə 14-cü olub.
Respublika stadionundakı qarşılaşmanı 30 min 887 tamaşaçı tribunalardan izləyib.
Ən çox azarkeş isə "İnter" - "Kayrat" matçında qeydə alınıb. İtaliyada baş tutan görüşü tribunalardan 69 min 983 tamaşaçı izləyib.
Qeyd edək ki, matç 2:2 hesabı ilə bitib.
