Milliimizin AVRO-2024-ün seçmə mərhələsində ilk matçlarına "Şamaxı"dan da futbolçu çağırılması gündəmdə olub. Sport24.az-ın əldə etdiyi məlumata görə, söhbət komandanın əsas qapıçısı, eyni zamanda vitse-kapitanı olan Rəşad Əzizlidən gedir.

Belə ki, cari mövsüm yaxşı oyun göstərən bu təcrübəli qolkiperin adını millimizin italiyalı baş məşqçisi Canni de Byazi geniş siyahısına daxil edib. Hətta 29 yaşlı Əzizlinin Avstriya və İsveçlə səfər matçlarına yollanması üçün xarici pasportu alınaraq viza da açılıb. Amma yekunda Rəşad açıqlanan heyətdən kənarda qalıb.

Xatırladaq ki, de Byazi həmin görüşlərə Səlahət Ağayevlə Emil Balayevə, habelə Yusif İmanova dəvət göndərib. Millimizin əsas qapıçısı Şahrudin Məhəmmədəliyev zədəli olduğundan italiyalı mütəxəssis qapıçı axtarışında olub.