"Millimizə uğurlar arzu edirəm. "Səbail"in üzvü Emil Balayev də onun düşərgəsindədi. Milli pik nöqtəmizdi. Hansı klubda işləməyindən asılı olmayaraq, oyunlar zamanı ürəyimiz milli ilə döyünür". Bunu Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Şahin Diniyev deyib.

Milli komandanın AVRO-2024-ün seçmə mərhələsindəki qrupumuzu dəyərləndirən Diniyev çətin rəqiblər olduğunu söyləyib: "Belçika və Asvtriyanı götürəndə hər şey aydın olur. Bu səbəbdən ilk üçlüyə, hətta dördlüyə düşmək belə çox çətindi. Estoniya da sıradan rəqib deyil. Azərbaycanın da son göstərdiyi oyunlar ümidsizliyə qapılmamağa imkan verir. Slovakiya, Qazaxıstan və Belarusla oyuna götürə bilərik. Düzdür, səviyyə baxımından fərq var. Amma ümidsizliyə qapılmırıq".

Millimizin sabiq baş məşqçisinin fikrincə, möcüzə gözləmək haqqımız var: "Amma qrupa nəzər salsaq, həm oyunçu, həm əmsal həm də reytinq baxımından çox çətindi. Fikrimcə, dördüncü yeri normal saymaq olar. Çünki rəqiblər çox çətindi. Üçüncü yer isə lap yaxşı yer sayılar".

Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsində milli komandamız martın 24-də Avstriyanın, 3 gün sonra isə İsveçin qonağı olacaq.