"Matç haqqında deyiləsi çox söz yoxdur. Yaxşı mübarizə apardıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Sertan Taşkın deyib.

Oyunçu "Neftçi"yə səfərdə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXIV turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Qol imkanlarımız da oldu. Yararlana bilmədik. Belə qarşılaşmalarda 1 epizod hər şeyi həll edir".

 

Taşkın haqq etdikləri penaltinin verilmədiyini bildirib:

 

"Məncə, 11 metrlik cərimə zərbəsi verilməli idi. Ümumiyyətlə, heç-heçə ədalətli nəticə ola bilərdi. Amma yaradılan qol şanslarına baxsaq, biz qalib gəlməliydik".

 

O, hava şəraiti ilə bağlı da danışıb:

 

"Futbol oynayırıqsa, belə havalara hazır olmalıyıq. Bunun matça çox təsir etdiyini düşünmürəm".

Müdafiəçi "gənclik şəhəri" təmsilçisinin ardıcıl 9 oyunda fərqlənə bilməməsinə və ön xəttdəki futbolçuların buna narahat olduğunu vurğulayıb:

"Əlbəttə narahatdırlar. Onların istəyi fərqlənmək və komandaya qələbə qazandırmaqdır".

Futbolçu son olaraq ölkə kubokunda "Sabah"a qarşı keçirəcəkləri matça da toxunub: "Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Bizim və azarkeşlərimiz üçün önəmli oyundur".