Vüqar Nadirovun "Şəmkir"dən ayrıldıqdan sonra mətbuata verdiyi açıqlamada klub barədə səsləndirdiyi fikirlər rəhbərliyin narazılığına səbəb olub. Bununla bağlı Sport24.az etibarlı mənbədən məlumat daxil olub.

 

Bizə ötürülən bilgiyə əsasən, məhz bu üzdən bölgə təmsilçisi Nadirova çatacaq maaşı tam ödəməyəcək. Bunun da özəl səbəbi var. Xatırladaq ki, mediada yayılan məlumata görə, Vüqar bəy II liqa klubu ilə ayda 2000 manat məvacibə razılaşmışdı.

 

Mənbəmizin sözlərinə inansaq, rəsmi müqavilədə baş məşqçinin maaşı 400 manat göstərilib. Klub rəhbərliyi də bu bəndi əldə bayraq tutaraq Nadirova 400 manat ödəmək fikirindədir. 

 

Qeyd edək ki, Vüqar Nadirov uğursuz nəticələrə görə "Şəmkir"dən ayrılıb.