"Qarabağ"ın futbolçusu Kamilo Duran karyerasını "Seltik"də davam etdirəcək. Sport24.az xəbər verir ki, Şotlandiya təmsilçisi kolumbiyalı hücumçunun keçidi üçün "atlılar"la anlaşıb.

 

Transfer yaxın zamanda açıqlanacaq.

 

"Seltik"in baş məşqçisi Martin Onil Duranın heyətə cəlb olunması ilə bağlı "Daily Record"a fikirlərini bölüşüb:

 

"Duran bizə nə verə bilər? Başa düşürəm, kifayət qədər gəncdir. Oyununu davam etdirməlidir. Hücumçu kimi yaxşı keyfiyyətlərə sahibdir. Daha bir neçə oyunçuya ehtiyacımız var. Əminəm ki, Duran da bizə əlavə güc qatacaq".