"Kəpəz"dən ayrılan Camal Cəfərovun yeni klubu məlum olub. Sport24.az xəbər verir ki, cinah oyunçusu "Alay"a keçib. Bu barədə Qırğızıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Cəfərovla müqavilənin detalları açıqlanmayıb.

 

Azərbaycanın U-21 yığmasının da üzvü olan futbolçu "Kəpəz"dən əvvəl "Sabah"da forma geyinib.

 

Bundan öncə "Səbail"dən ayrılan Səbayıl Bağırov Qırğızıstanın "Ozqon" klubuna keçib.