"İmişli" heyətini gənc qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı ilə 2 illik müqavilə imzalanıb.

 

Son klubu "Difai" olan Sadiq daha əvvəl "Səbail" və "Qarabağ"da forma geyinib.

 

"İmişli" bu gün Fərid Nəbiyev və Bəxtiyar Həsənalızadənin də transferini açıqlayıb.