"İmişli" skautinq departamentinin rəhbəri vəzifəsinə Rəsul Allahverdiyev təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Allahverdiyev Azərbaycan, Ukrayna və Türkiyədə skautinq, futbol idarəçiliyi, oyunçu seçimi və inkişafı sahələrində uzunillik təcrübəyə sahibdir. O, peşəkar fəaliyyəti dövründə müxtəlif klublarda skaut, idman direktoru, klub prezidenti və baş məsləhətçi kimi çalışıb.