"Sabah" Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb. Sport24.az xəbər verir ki, buna "bayquşlar"ın UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Uelsin TNS klubunu məğlub (2:0) etməsi səbəb olub.
"Sabah"ın qələbəsi ölkə reytinqinə 0,250 əmsal qazandırıb.
Hazırda Azərbaycan 18,812 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 27-ci sırada 18,250 əmsalla Slovakiya, 25-ci yerdə isə 20,750 əmsalla İsrail yer alıb.
Qeyd edək ki, UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.