Milli komandanın oyunları səbəbindən Premyer Liqada fasilə yaranıb. Sport24.az xəbər verir ki, artıq "Səbail" məşqləri bərpa edib.

Bu barədə saytımıza komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib: "Gündəlik iki məşqlə davam edirik. Ayın 25-də əvəzedicilərimizlə yoldaşlıq görüşü keçirərək həftəni başa vuracağıq. Bundan sonra yeni həftəlik tsikldə hazırlaşacağıq ki, "Kəpəz"lə oyuna hazır olaq və həftəyə uyğun məşqlərimizi davam etdirək".

Xatırladaq ki, "Səbail" Misli Premyer Liqasının son dövrəsinin ilk turunda aprelin 1-də "Kəpəz"in qonağı olacaq.

 

KAMAL RZA