Bu gün keçiriləcək iki oyunla Premyer Liqada XXX tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk matçı "ASCO Arena"da baş tutacaq.

 

"Dənizçilər" avrokuboklar uğrunda mübarizə aparan komandalardan aralı düşməmək üçün bu matçı qalib kimi başa vurmaq məcburiyyətindədi. Bu səbəbdən Şahin Diniyevin yetirmələrinin meydana 3 xal üçün çıxacağı aydındı. Elə "Kəpəz" üçün də 3 xal vacibdi. Gəncə təmsilçisi demək olar, elitada yerini qorumağı bacarıb. Ancaq "sarı-göylər" bununla kifayətlənmək fikrində deyillər. Adil Şükürov və futbolçuları mövsümü daha üst pillədə başa vurmağı planlaşdırırlar. Gəncəlilər bu gün Bayıldan qələbə ilə ayrılacağı halda dünən məğlub olan "Araz-Naxçıvan"ı qabaqlayaraq turnir cədvəlində 8-ci pilləyə yüksələ bilər.

 

Qeyd edək ki, oyunun start fiti saat 16:30-da səslənəcək.

 

Misli Premyer Liqası

IV dövrə, XXX tur

16:30. "Səbail" - "Kəpəz" 3:3

Qol: Pedro, 49. Ramalinqom, 53. Rüfət, 73 - Elmir Tağıyev, 25. Latir Fal, 29. Kvirkviya, 90+6

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. "ASCO Arena"

"Səbail": 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 88. Valdemar Almeyda, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 11. Rüfət Abdullazadə, 4. Adi Mehremiç, 44. Yadin Luqasi, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
"Kəpəz": 96. İqor Rodriqes, 29. Amil Yunanov, 10. Tural Rzayev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane
Baş məşqçi: Adil Şükürov