Bu gün minifutbol üzrə Azərbaycan millisi Monteneqroda start götürəcək beynəlxalq turnirdə 2 oyun keçirəcək.

Sport24.az xəbər verir ki, yığmamız turnirin açılış matçında Rumıniya ilə üz-üzə gələcək.

Görüş saat 18:00-da başlayacaq. Elşad Quliyevin yetirmələri 2-ci oyunda Bosniya və Herseqovina ilə qarşılaşacaq. Bu görüş isə saat 23:15-də keçiriləcək.

Milli komanda turnir çərçivəsində son matçını isə sabah meydan sahibi Monteneqronun yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, turnir Azərbaycan yığması üçün iyunun 1-dən 9-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.